Meetings

AXCP sədrinin müavini ABŞ səfirliyində olub

15.06.2012 | 22:19

AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev bu gün ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Jeff Khurgel ilə görüşüb.

Razi Nurullayevin “Qafqazinfo”ya verdiyi məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, “Avroviziya”dan sonra baş verən hadisələr, son zamanlar AXCP üzvü olan gənclərin özlərinin və valideynlərinin polisə çağrılması barədə geniş müzakirə aparılıb. Razi Nurullayev son zamanlar 2 aprel məhbusları, o cümlədən bu kateqoriyadan kənar olan vicdan məhbuslarının azad olunması ətrafında yaranan bir sıra anlaşılmazlıqlara da aydınlıq gətirib. Qeyd edilib ki, vicdan məhbuslarının adından bəzən həqiqətə uyğun olmayan məlumatlar da yayılır və məqsəd müxalifəti hədəf götürməkdir.

AXCP sədri Əli Kərimlinin qohumu Elnur Seyidovun həbsi də tərəflər arasında müzakirə edilib. Qeyd edilib ki, Elnur Seyidovun həbsində qaranlıq məqamlar var və üstəlik onun ciddi xəstə olması faktı da ortadadır. Lakin, buna baxmayaraq, onun zaminə buraxılmasına belə əngəllər törədilir.Daha sonra, tərəfləri maraqlandıran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Related Articles

Back to top button