Meetings
Razi Nurullayev ATƏT və ABŞ səfirliyində görüşlər keçirib
Görüşlərdə müxalifətin seçki hazırlıqları müzakirə olunub
AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev ABŞ səfirliyinin siyası işlər üzrə müşaviri xanım Brigette Buchet və ATƏT-in demokratiya bölməsinin rəhbəri xanım Jacqueline Carpenter ilə görüş keçirib.
Görüşdə qarşıdan gələn parlament seçkisi, toplaşmaq azadlığı, müxalifətin seçkilərdə birgə iştirakı və AXCP-nin 21 avqusta planlaşdırılan qurultayı müzakirə edilib. Razi Nurullayev diplomatları AXCP və Müsavat arasında birləşmə və bu partiyaların seçkiyə vahid siyahı ilə qatılmaları barədə də məlumatlandırıb. Onlar qeyd ediblər ki, Azərbaycanda seçki öncəsi vəziyyəti mandatları çərçivəsində diqqətlə izləməkdə davam edirlər. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə mövzusu olub.