Public speakingStatements

“Ərəb Baharından” qorxan ölkələr – Status

07.08.2012 | 14:06

“Fars körfəzində yerləşən ərəb dövlətlərinin (Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Oman, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri) xarici işlər nazirləri bu ilin sentybar ayında görüşəcək”

“Qafqazinfo”nun məlumatına görə bu barədə AXCP-sədr müavini Razi Nurullayev facebook sosial şəbəkəsində status paylaşıb:

“Fars körfəzində yerləşən ərəb dövlətlərinin (Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Oman, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri) xarici işlər nazirləri bu ilin sentybar ayında görüşərək Səudiyyə Ərəbistanının kralı II Abdulla tərəfindən keçən
ilin dekabrında irəli sürülmüş ideyanı gerçəkləşdirməyə çalışacaqlar. İdeya Fars Körvəzi Ərəb Ölkələri İttifaqının yradılmasıdr.

Məqsəd Ərəb Baharının Fars Körfəzi ölkələrinə yayılmasının qarşısını almaq və İrandan qaynaqlanacaq mümkün təhlükələrin qarşısını birlikdə almaqdır. Fars körfəzi ölkələri hal-hazırda ən müasir silahlarla silahlanmaqdadırlar. Yalnız Səudiyyə Ərəbistanın müasir silahlara son illərdə yatırdığı vəsait 100 milyard dollara yaxındır.

Ərəb Dövlətlərinin İranla münasibətləri heç vaxt yaxşı olmayıb. Çünki, İran Ərəb dövlətlərində nüfuz sahibi olmağa və İranı müsəlman dünyasının avanqardı kimi qəbul olunmasını özünün haqqı saymaqdadır.

İranın dini rəhbəri Əli Xamneyi də sentyabr-oktyabr aylarında İrana hücum olacağını proqnozlaşdırıb. Mümkündür ki, Fars körfəzi ölkələri bu hücuma qədər sözü gedən ittifaqı formalaşdırmağı və addımlarını uyğunlaşdırmağı hədəf seçiblər.

Məlum olan budur ki, Fars körfəzi ölkələri İrana hücum olarsa, Qərbin yanında dayancaqlar. Ərəb dövlətləri İranın zəiflədilməsində və parçalanmasında çox maraqlı görünürlər. Onlar İranı regionda özlərinə böyük təhlükə kimi görməkdədirlər.

İrana hücum olarsa, Azərbaycanın da mövqe ortaya qoyması tələb olunacaq və Azərbaycanın siyasi hakimiyyətinin çıxılmaz vəziyyətə düşməsi qaçılmazıdr. Amma, onu deyək ki, müharibənin olması bizim maraqlarımıza cavab vermir və yaxşı olardı ki, İran dünya ictimaiyyətinin tələblərinə əməl etsin və müharibə təhlükəsi də aradan qalxsın. İranda yaşayan vətəndaşların, dost İran xalqının və soydaşlarımızın məhrumiyyətlər çəkməsini istəməzdik”

qafqazinfo

Related Articles

Back to top button