AnalysisStatements

Hər üç oğlumun şəhid olmasına razıyam…və substantiv danışqılar

Demək, bədnam Ermənistanın bədnam baş naziri Paşinyanın bədnam xarici işlər naziri Zohrab Mnatsakanyan deyir ki, Türkiyə heç zaman danışıqlarda iştirak edə bilməz. Başa düşürəm, Türkiyədən xoşları gəlmir.

ATƏT-in Minsk Qrupunun tərkibinə baxaq. Hamısı da xristian dövləti, bəli, bəli, hamısı xristan dövləti.

ABŞ – Azərbaycana qarşı 907-ci düzəlişi tətbiq edib, erməni lobbisinin təsiri altında Azərbaycana qarşı addımlar atır, ABŞ-ın mətbuat orqanları Azərbaycana qərəzli münasibət bəsləyir və s. Yəni tam ermənipərəstlik özünü göstərir və bu heç kimə sirr deyil.

Rusiya – Ermənistanın ən yaxın müttəfiqi, Ermənistana külli miqdarda, milyardlarla dollar məbləğində pulsuz silahlar verib, Rusiya mətbuatı 99% ermənipərəstdir. Rusiyanın bütün media orqanlarını, dövlət idarələrini ermənilər zəbt edib.

Fransa – Fransa prezidenti Emanuel Makron Ermənistanın baş naziri, xin naziri Jean-Yves Le Drian isə Ermənistanın xarici işlər kimi davranır. Fransa mətbuatı 99.99% ermənipərəstdir. Onlar ədalətsizliyin, qərəzin və düşmənçiliyin yeni formalarını yaradıblar.

Azərbaycan təkbaşına Ermənistan və üç yaxın müttəfiqi ilə indi neyləsin, necə substantiv danışıqlar aparsın? Bunlar nə haqsız, nə qansız və nə ədalətsiz insandırlar!

Allah böyükdür və inanıram ki, Böyük Yaradan onların oyunlarını öz başlarında çatladacaq. İnşallah, Türkiyə, Pakistan, Əfqanistan, Ukrayna, digər adını çəkə bilmədiyim dost dövlətlər və islam dövlətləri Azərbaycanla daha yaxın əməkdaşlıq edəcəklər ki, bu substantiv danışıqlar Ermənistanın cinayətkar rejiminin başına yekə bir yumruq kimi ensin.

Bu qədər haqsızlıq, imansızlıq və dinsizlik olmaz. Dünya nə bərbad idarə olunur. Sonra da deyirlər ki, dünyada baş alıb gedən terrorizm haradan yaranır. Oradan ki, siz haqlını haqsız çıxarmağa çalışırsınız…

Allah ölkəmizi qorusun və mütləq qoruyacaq. Qələbə bizimlədir. Onlar atəşkəsi pozacaqlar, dinc oturan deyillər, bax həmin an güzəştsiz olaraq, başlarına enəcəyik və heç ölülərini də döyüş meydanlarındna çıxara bilməyəcəklər.

Sonunuza az qalıb!

Bunu yazdığım zaman bir zəng gəldi. Çoxdan tanıdığım bir ağsaqqaldır. Bir oğlu polkovnik, biri polkovnik-leytenant, biri də bir rayonun hərbi komendantı. Dedi ki, bir olan Allaha and içirəm ki, hər üç oğlumun şəhid olmasına razıyam, amma torpaqlarımız işğaldan azad olsun. Sitatın sonu….

Related Articles

Back to top button