Corner articles

Gənc xanımlar məmur olarsa…

Vera Kobalia, Gürcüstanın İqtisadi və Davamlı İnkişaf naziri, 1981-ci il təvəllüdlü gənc bir xanım

Korrupsiya və və məmur özbaşınalığı ilə mübarizədən çox danışılır. Müxtəlif idarələr və komissiyalar yaradılır. Lakin, yenə də yetərli deyil. Bunun məlum səbəbləri barədə çox danışılıb. Qanunlar və cəzalar ancaq kasıblar və aşağı eşalonlar üçündür. Hətta, aşağı eşalonda da özbaşınalıq və rüşvət yenə də davam edir. Hərdən düşünürəm ki, hansı metodlar kömək edə bilər?

Yadıma düşdü ki, hava limanında pasport yoxlama və sərhəd xidmətində xanımlar oturandan sonra, vəziyyət kardinal olaraq dəyişdi. İnsan inana bilmir ki, bu zərif və gözəl xanımlar sərnişindən rüşvət istəyə, onu çək-çevirə çəkə bilər. Bir də görürsən, qarnı yekə və zopa bığlı kişilər o zərif xanımlara yaxınlaşıb pasportu alıb, sərnişinləri şübhəli-şübhəli süzürlər. Adama elə gəlir ki, bu zırpı məmurlar hava limanında yaradılmış yeni şəraitə üsyan edirlər…

Nə təklif edirəm? Azərbaycanda rüşvətin və özbaşınalığın aradan qaldırılması üçün vasitələrdən biri də institut qurtaran gənc xanımların (indiyə kimi vəzifədə olmamış, məhz gənc xanımlar) dövlət işlərinə cəlb olunmalarıdır. İnanıram ki, gənc xanımların məmur kimi fəaliyyət göstərməsi Azərbaycanın sosial düzənini ən azından 50% dəyişmiş olar. Yaşıl işıq gənc xanımlar üçün yandırılmalıdır. Ədalət naminə demək lazımdır ki, son zamanlar bir neçə idarədə gənc bəylərlə də qarşılaşmışam və onların da münasibətindən razı qalmışam. Ölkənin problemlərinin həlli ölkənin gəncləşməsindədir. Üstünlük isə gənc xanımlara verilməlidir!

Related Articles

Check Also
Close
Back to top button