Statements

AXCP-ni ICAPP-in Bakı toplantısına qurumun Baş Katibi dəvət etmişdi

22-23 noyabrda Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Sülh, Təhlükəsizlik və Barış məsələlərinə həsr edilmiş illik Vİİ-ci Baş Assembleyası keçirildi. Bu nüfuzlu platformanın işində Azərbaycan Xalq Cəbhəsi Partiyasını mən təmsil etdim. AXCP artıq beş ildən artıqdır ki, bu platformanın üzvüdür və bundan öncə keçirilən illik toplantılara da dəvət alıb. Qeyd etmək istəyirəm ki, AXCP bu tədbirə Mərkəzi Qərargahı Cənubi Koreyada yerləşən  İCAPP-in Daimi Komitəsinin həmsədri və Baş Katibi CHUNG Eui-yong tərəfindən dəvət edilmiş və dəvəti qəbul etmişdi.

İCAPP-ın illik toplantıları çox nüfuzlu və çox əhəmiyyətli tədbirlərdir. Bir üzv kimi AXCP bu nüfuzlu platformadan kənarda qala bilməzdi. Demək yerinə düşər ki, hər il BMT-nin Baş Katibi bu toplantıya video təbrik ünvanlayır və bu toplantıda da onun video-təbriki yayımlandı. Bakı toplantısına  Avropa qitəsinin ən böyük partiyası olan Avropa Xalq Partiyasının prezidenti Vilfred Martin də video-təbrik ünvanlamışdı.

Tədbirin formatı belədir ki, tədbir keçirilən ölkənin hakim partiyası illik toplantıya ev sahibliyi edir. Tədbir Bakıda keçirildiyindən Yeni Azərbaycan Partiyası tədbirə ev sahibliyi etdi və bir sıra təşkilati məsələlərin həllini də öz üzərinə götürmüşdü. Növbəti tədbir, İndoneziyada, Bali şəhərində keçiriləcək və əlbəttə, AXCP yenə də burada fəal olaraq iştirak edəcəkdir.

Qeyd etmək yerinə düşər ki, İCAPP 2000-ci ilin sentyabrında Filippinin paytaxtı Manila şəhərində təsis edilib və ilk 1-ci təsis yığıncağı da orada keçirilib. İCAPP-ın təsisçisi tanınmış Filippin siyasətçisi, beş dəfə Filippin parlamentinə rəhbərlik etmiş Joze de Valensiyadır (Jose de Venecia).

İCAPP-da şimal-şərqi Asiya, cənub-şərqi Asiya, Orta Asiya, Qərbi Asiya və Okeaniya ölkələrindən müxtəlif platformalara, ideologiya və baxışlara malik 52 ölkədən 300-dən çox siyasi partiya çəmləşib. Əsas məqsəd Asiya ölkələrinin siyasi partiyaları və xalqları arasında əlaqələri genişləndirmək, etibar və qarşılıqlı əməkdaşlıq platformaları formalaşdırmaq və regionda davamlı sülh və əmin-amanlığa nail olmaqdır.

Razi Nurullayev,

AXCP sədrinin xarici əlaqələr üzrə müavini

Related Articles

Back to top button