AnalysisStatements

Roland Kobia və 2013

Avropa Komissiyası Azərbaycan Nümayəndələyinin səfiri cənab Roland Kobianın hazırkı dövlət başçısı İlham Əliyevin 3-cü dəfə prezident seçilməsi ilə bağlı fikir səsləndirməsi bir çox media, vətəndaş cəmiyyəti və hətta tanınmış siyasətçilər tərəfindən düzgün intepretasiya olunmur və xalqı da yanlış mövqeyə sövq edir.

Dövlət başçısının 3-cü dəfə prezident seçilməsi ilə bağlı məhdudiyyət 2008-ci ildən aradan götürülb və biz istəyib-istəməmizdən asılı olmayaraq konstitusiya aktına çevrilib.

Bütün səfirliklər mövcud qanunvericilik çərçivəsində fəaliyyət göstərir. Səfir nə deməliydi? O dəyişikliyi qəbul etmirmi? Buna baxmayaraq, səfirin açıqlaması ziddiyətlidir və polemika doğurur. Roland Kobia daxil olmaqla bütün səfirlər analoji açıqlama və münasibət sərgiləməkdən uzaq dayanmalıdır. Çünki, bu tip açıqlamalar onların birtərəfliyi və neytrallığı üzərinə gölgə salır. Bununla bərabər,  bu açıqlama hazırkı dövlət başçısının dəstəklənməsi demək deyildir.

Amma, bu heç də o demək deyil ki, səfir Kobia iqtidarı müdafiə edir. Xeyr. Sadəcə, əfsuslar olsun ki, bundan sonra Konstitusiyanın dəyişməsi real görünmür və demək hazırkı dövlət başçısı da seçkilərə qatıla bilər.

Amma, bir məsələdə əmin olsun. Azərbaycan xalqı: 2013-cü il seçkiləri sıradan bir seçki olmayacaq. Kobia da daxil olmaqla bütün Avropa səfirləri demokratik seçkinin keçiilməsi üçün əllərindən gələni edəcəklər və müxalifətin demokratiya mübarizəsində onun yanında oalcaqlar. Avropa Birliyi demokratik olmayan seçkini tanımayacaq. 2013-cü ildən bütün Avropanın və beynəlxalq təşkilatların Azərbaycanda 2013-cü il seçkilərinin azad və demokratik keçirilməsi tələbinin daha da sərtləşməsinin şahidi olacaqsınız. Elə cənab Kobia da çox sərt bəyanatlar səsləndirəcək. Azərbaycanın Avropaya inteqrasiyasından başqa yolu yoxdur. O da demokratik dəyişikliklərdən keçir. Bu iqtidar da 2013-də az-çox demokratik seçki keçirməyə vadar olacaq. Bu ölkə bizimdir.

Gəlin onun demokratik olması üçün daha çox çalışaq. 2013 bir imtahandır. Həm iqtidar, həm müxalifət, həm də xalq üçün.

Related Articles

Back to top button