Statements

Rusiya və Çin: ərəb inqilabları

28.02.2012. Politoloq, AXCP sədrinin müavini Razi Nurullayev Rusiya və Çinin Ərəb İnqilablarında tutduğu mövqeyi tənqid edib və deyib ki, onlar öz davranışları ilə həm də özlərinin qeyri-demokratik dövlət olduqlarını da sübut etmiş olurlar.

O deyib ki “Rusiya və Çin düşünməlidir ki, Liviya, Misir və Tunis məsələsində tutduqları mövqe onları pis vəziyyətə qoydu. Fevralın 24-də Tunisdə “Suriyanın dostları” qrupunun ilk toplantısına da Rusiya və Çin qatılmadı.

Suriya rejiminin dəyişdirilməsində, onlar dünya ilə inteqrasiya etmək əvəzinə, təkərə “palka” soxmaqla məşğuldurlar. Çünki, öz ölkələrində də bu tip demokratiya problemləri var. Rusiyanı da Ərəb Baharına bənzər siyasi təlatümlər çalxalandırır və Çini də bu cür vəziyyət perpspektivdə gözləyir. Məncə, Çin Rusiyadan daha tədbirlidir və ola bilsin ki, iqtisadi sahədə möcüzə yaradan Çin, siyasi palitrasında da bir siyasi möcüzə yarada biləcək. Çinin daima yeniləşən və müasirləşmək çalarları göstərən ideologiyası var və nə etdiyini çox gözəl hesablayır. Rusiya isə strateji yanaşmalarda və hesablamalarda ciddi yanlışlıqlara yer verir.

Rusiyanın siyasəti daha çox zora və prosesləri pozmağa, cığallığa söyəkdiyindən nə istədiyini də ayırd etmək mümkün deyil. Sanki, Rusiya “mən də varam” demək istəyir. Dünya ictimaiyyətinin onunla tam hesablaşmasını istəyir. Bununla bərabər, demokratik çağırışlara məhəl qoymur. Dünya nəyi “ağ” görürsə, onu “qara”, nəyi “qara” görürsə, onu “ağ” görür. Dünyanın harasında seçki keçirilirsə və orada seçki müşahidəliyi aparırsa, Rusiya və onun diktəsi ilə hərəkət edən MDB-nin Müşahidə Missiyası seçkilərin xalqın iradəsini əks etdirdiyini və ədalətli keçdiyini bəyan edir. ATƏT və ABŞ isə standartlardan uzaq olduğunu bəyan edir. Elə bir saxta seçki tapılmaz Rusiya onu tənqid etsin. Insanların gözü qarşısında “qara”ya “ağ” deməklə, o özünü gülməli vəziyyətə salıb.

Bu perspektivdən çıxış edərək, deyə bilərəm ki, Rusiya Suriyanı qoruya bilməyəcək və nəticədə hakimiyyətə gələn müxalifət Rusiyanın hazırkı siyasi elitasını qəbul etməyəcək. Rusiyanın Suriyada milli maraqları  təmin edilməyəcək.

Çinə gəldikdə isə, o, Rusiyadan öncə konstruktiv mövqe tutmağa başlaya bilər. İstənilən halda, Çin Ərəb Dövlətləri Liqasının tələb və istəklərini də nəzərə almalıdır. Əks halda, Ərəb dünyası ilə münasibətlərin korlanması zəminində enerji resurslarının idxalında maneələrlə üzləşə bilər. Rusiyanın belə bir təhlükə ilə üzləşmə perspektivi olmadığı üçün o daha əli-qolu açıq hərəkət etməkdədir.

Amma, dəyişən Rusiya yeni yanaşmalar tələb edir. Vladimir Putin isə bu tələbləri görmək istəmir. Ona görə də onun başı dərddən açılmayacaq və zorən özünü “siyasi koma”ya salacaq”.

Related Articles

Check Also
Close
Back to top button