Statements

Deputat Prezidenti alqışladı, həm də sərt danışdı

Prezident İlham Əliyevin dünən videokonfrans şəklində keçirilən müşavirədə dediyi üç məqam diqqətimi çəkdi.

Birinci məqam xoşagəlməz hallara qarşı ciddi mübarizə ilə bağlı verdiyi mesajdır. “Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır”. Prezident deyir ki, əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq, yəni cəzalandırılacaq. Dövlət başçısının bu fikrini tam dəstəkləyirəm. Məsələ burasındadır ki, hələ də vəzifəsinə qazanc mənbəyi və dövlətin ayırdığı büdcə vəsaitlərinə ailə büdcəsi kimi yanaşan vəzifəli şəxslər var. Mənə çox ciddi siqnallar daxil olub və bunu yaxın zamanlarda parlament tribunasından səsləndirəcək, adlar açıqlayacaq və cənab prezidentə müraciət edəcəyəm.

Ikinci məqam, Prezidentin ehtiyaclı insanlara kömək edənlərə təşəkkürü ilə bağlıdır. Bu mesajın tirajlanması çox yaxşıdır. Yüz minlərlə ehtiyaclı insanlar var ki, irəli sürülən şərtlər ucbatından onlar dövlətin ayırdığı vəsaitlərdən pay ala bilmirlər. Yüz minlərlə insanın adına torpaq sahələri, maşınlar, digər əmlak növləri var ki, onlar nə o əmlak növlərindən istifadə edə bilir, nə də onlardan azad ola bilir. Torpağın addan çıxarılması da vəsait, zaman və müxtəlif sənəd işlərini həll etməkdən keçir. Bunun üçün də iş adamları, imkanlı şəxslər dövlət başçısının çağırışına qoşulmalı və ehtiyaclı ailələri sosial müdafiəsiz qoymamalıdır.

Üçüncü məqam barədə isə ayrıca fikir bildirəcəyəm! Bu məqam ölkə rəhbərinin müxalifət haqqında, müxalifətin Parlamentdə dediklərinin müsbət hal olması ilə bağlı dedikləridir.

Related Articles

Back to top button