Corner articles

Əkrəm Əylislinin “Каменные сны” (“Daş Yuxular”) romanı…

Əkrəm Əylislinin “Каменные сны” (“Daş Yuxular”) romanı ciddi müzakirə edilir. Romanı rus variantında internetdən oxuyuram. Hələ ki, tam fikir söyləmək qədər oxuya bilməmişəm.
SONY DSC
Amma, deməliyəm ki, çox cəsarətli bir təşəbbüsdür və yəqin ki, əksəriyyətin belə addım atmağa cürəti çatmazdı. İctimai rəy qorxusu çoxunu çəkindirərdi. Məncə, yazıçı Orxan Pamuk olmaq iddiasında da deyil. Amma, yazıçının müxtəlif mükafatlara layiq görüləcəyi də istisna deyil.

İnanmıram ki, Əkrəm Əylisli vətənpərvər deyil. Xeyr, əksinə, onun ürəyi vətənlə döyünür və bunu dəfələrlə sübut etmiş yazıçıdır.
Kitabı tam oxumadığıma görə detallarına varmadan bir mahiyyətə fikir yönəltmək istəyirəm.
Biz qəhramanıq, yenilməzik, bizdən yoxdur, bəşəriyyətin beşiyi bizdən başlayıb, nordik (skandinaviya xalqları) xalqlar biz azərbaycanlılardan törəyib deməklə də nə böyük oluruq, nə də qəhrəman. Qəhramanlıq eybəcərliklərlə mübarizə aparmaqdadır.

Elə cəmiyyətdə yaşayarıq ki, qorxaq qəhrəman kimi, kütbeyin alim kimi, saxtakar müəllim kimi, vətənini, torpağını sevməyən zabit kimi fəaliyyət göstərir. Erməniləri bərkdən və “publiçnıy” söyməklə qəhr’manlıq və vətənpərvərlik olmur. Buna psevdo-qəhrəmanlıq deyirlər.
Amma, onu da deməliyəm ki, heç zaman xalqımın aşağılanmasını istəmərəm və bu mənim üçün ölümə bərabərdir. İnanıram ki, əsərdə belə məsələlər yoxdur. Hələ ki, oxuyuram.

Siz də bu linkdən oxuya bilərsiniz: http://magazines.russ.ru/druzhba/2012/12/aa5.html

Related Articles

Back to top button