InterviewsRazi Nurullayev

Gülün demokratiya çağırışı Azərbaycana nə vəd edir?

2010-06-10

Razi NurullayevRazi Nurullayev: «Seçkilərin saxtalaşdırıldığı halda Türkiyənin müsbət fikir səsləndirməsi çətinləşəcək»

Istanbulda keçirilən Asiyada Əməkdaşlıq və Etimad Artırıcı Tədbirlər Konfransında Türkiyə prezidenti Abdulla Gül demokratiya ilə bağlı çağırış edib. Türkiyənin dövlət başçısı Asiyada təhlükəsizliyin təmini üçün yalnız ixtilafların ortadan qaldırılması kimi dar çərçivədə qalmayacaqlarını deyib:
“Bunun əvəzinə, insan faktorunu da eyni dərəcədə nəzərə alan, daha geniş və daha əhatəli təhlükəsizlik anlayışını mənimsəməliyik. Bu qurum əhatə etdiyi coğrafiyada sülh və sabitliyin inkişafı prosesində insan haqları və demokratiyanı görməməzliyə vurmamalıdır. Çünki demokratiya və əməkdaşlıq ixtilafların qarşısını almanın ən yaxşı üsuludur”.
Maraqlıdır ki, demokratik dövlət olmasına baxmayaraq, Türkiyə bu vaxta qədər Qərb dövlətlərinin demokratiya və insan haqları ilə bağlı çağırışlarına qoşulmurdu. Eyni zamanda Azərbaycanda baş verən demokratik pozuntular, seçki saxtakarlığı, insan haqlarının pozulmasına Türkiyə kəskin reaksiya vermirdi. Belə olan halda prezident Gülün son çağırışını Türkiyənin bu istiqamətdə siyasətinin dəyişdirilməsi kimi qiymətləndirmək olarmı?
AXCP sədrinin müavini, politoloq Razi Nurullayevin fikrincə, Türkiyənin beynəlxalq aləmdə rolu və əhəmiyyəti artmaqdadır. Münaqişələrin həllində əhəmiyyətli rol oynamaq istəyən Türkiyə digər dövlətlərlə ticarət, iqtisadi və siyasi əlaqələrinin daha da genişləndirilməsinə çalışır. Iqtisadi gücünə görə dünyada 17-ci yerdə duran Türkiyə qarşısına qoyduğu məqsədlərə təkcə demokratiya ilə bağlı bəyanatlar verməklə çata bilməz. Çünki artıq dövlətlər və insanlar üçün vacib dəyərlər demokratiya, insan hüquq və azadlıqlarıdır. Türkiyə də qlobal sahədə daha böyük rol oynamaq üçün məhz əlində demokratiya, insan hüquq və azadlıqlarını bayraq tutmalıdır.
Ekspertin sözlərinə görə, Türkiyə artıq Azərbaycanda baş verənlərə də biganə qalmayacaq. Ölkədə demokratiyanın boğulduğu, seçkilərin saxtalaşdırıldığı halda Türkiyənin bununla bağlı müsbət fikir səsləndirməsi çətinləşəcək.

http://azadliq.info/aktual/1293.html

Related Articles

Check Also
Close
Back to top button