Articles

Mitinqin vaxtının təyin edilməməsi düzgün addım idi

Razi NurullayevDüşünürəm ki, İctimai Palatanın mitinqin tarixini müəyyən etməməsi düzgün addım idi. 1-cisi bu yeni həbslərin dayandırılması baxımından düzgün qərar idi; 2-cisi İctimai palatanın daxili güclənməsi və Azərbaycan üzrə şəbəkələşməsi baxımından imkanlar yaradacaq; 3-cüsü yeni mübarizə metodlarının işlənməsi üçün vaxt qazandıracaq. Bunlarla bərabər, beynəlxalq təşkilatlar hakimiyyətə təzyiqi gücləndirməkdə davam edirlər.

Zənnimcə, iqtidar uzun müddət davam gətirə bilməyəcək və sərbəst toplaşma azadlığının təminatı üçün yeni yerlər müəyyən etməli olacaq. Mübarizə metodu yalnız mitinqlərin keçirilməsi ilə məhdudlaşmır. Dinc mübarizə nəzəriyyəsinin dahilərindən biri Cin Şarp 198 metod müəyyən edib və mitinqlər onlardan yalnız biridir.

Lakin, mitinqin tarixinin müəyyən edilməməsi o demək deyildir ki, kütləvi aksiyalardan imtina olunur. Bu qərarı çoxluq qəbul etdi və tarixin müəyyən edilməsini İP-nın Kordinasiya Şurasının üzərinə buraxdı. Kordinasiya Şurası da istənilən günü təyin edə bilər. Bu 15 may, 17 may, yəni, may ayının istənilən günü ola bilər.

Bu baxımdan İP-nın geri çəkilməsi və qətiyyətsiz davranması ilə bağlı iradları qəbul edə bilmərik.

Related Articles

Check Also
Close
Back to top button