Statements

YAP-çı deputatlar mitinqi bizim yanımızdan da izləyə bilərdilər…

Razi Nurullayev

8 aprel mitinqində YAP-çı deputatlar Səyavuş Novruzov, Mübariz Qurbanlı, danışılanlara görə Fəzail Ağamalı və digərləri monitorinq aparıblar və mitinqin gedişini izləyiblər. Məlumdur ki, kənardan izləmək o qədər də effektiv deyil və danışılanlar da eşidilmir. Bir çoxları isə deyilənlərə görə gizlənc yerlərindən mitinqi izləyiblər. Bu qədər əziyyətə ehtiyac var idimi?

Məncə, onların meydanda olması üçün şərait yarada bilərdik. Digər yandan, onlar stadiounun kənarından da dayanıb monitorinqi həyata keçirə bilərdilər. Bildiyimə görə, onlar jurnalistlər üçün tikilən binanın arxasından keçən yol ilə ora gəliblər. Bu isə çox rahat yoldur. Amma, müxalitəçilər 20-ci dairədən mitinq yerinə abad olmayan, toz-torpaq, bəzi yerlərdə palçıq, kələ-kötür yollarla gəlib çıxmışdılar.

Yaxşı olardı ki, onlar da bizim kimi yeni yollarla ora gələrdilər və şahidi olardılar ki, 20-ci sahə nə qədər bərbad vəziyyətdədir. Ora gələn xarici jurnalistlər də ölkədə elan olunan və iddia edilən sosial inkişafın tərs mütanasibliyini görürlər.

22 apreldə növbəti mitinqdir. Düşünürəm ki, YAP-çı deputatların gəlib monitorinq aparmasına problem olmayacaq. Ona görə də, ürək açıqlığı ilə gəlib kənardan müşahidə apara bilərlər. Bizə qatılmalarına və daha yaxından izləmələrinə də şərait yarada bilərik. Bu mənim şəxsi fikirlərimdir və partiyamızın rəsmi mövqeyi deyil. Ona görə də rəsmi dəvət kimi də qəbul edilməsin. Lakin, ümid edirəm ki, belə bir məsələnin reallaşmasına heç kim etiraz etməz.

Related Articles

Back to top button