Statements

Sahibkarların zorla abadlıq işlərinə cəlbi, icra başçıları və Prezidentin mövqeyi

Prezident yerli jurnalistlərə müsahibəsində təxminən belə dedi ki, icra başçılarından vəziyyəti soruşanda deyirdilər ki, hər şey yaxşıdır. Axı hər şey yaxşı deyil. Niyə yalan məlumat verirsiniz?

Bu məsələləri minlərlə dəfə demişik və deməkdə davam edirik. Həqiqətən idarəçilikdə ciddi dəyişikliklərə ehtiyac var. Həm də vəzifəli şəxslərə müəyyən azadlıqlar və sərbəstliklər verilməlidir ki, fikirlərini ifadə etsinlər və bundan qorxmasınlar.

Son zamanlar gördük ki, Prezidentin yanında keçirilən müşavirələrdə məmurlar tərəfindən cəsarətli çıxışlar da, təkliflər də olur. Təbii ki, Prezidentin açıq söhbəti və sərbəstlik yaratması buna imkan verir. Bunun üçün də problemləri dilə gətirmək vacibdir. Saatlının icra başçısının pambıqçılıqla bağlı su problemini qabartması məsələnin kökündən həllinə imkan yaratmış odlu. Bərdənin icra başçısının pambıqçılıqdan başqa digər sahələrə də diqqət çəkib misal gətirməsi də müsbət qarşılandı.

İndiyə kimi icra başçıları və digərləri problemlərin olmadığını deyirdi, həqiqətdə isə ölkə problem burulğanında boğulurdu və yenə də boğulur. Belə çıxır ki, hər bir məmurun arxasında dayanan daha böyük bir vəzifəli şəxs var idi və onlar icra başçılarına problemlərdən danışmağı qadağan etmişdilər.

Nəticə isə belə fikirə gəlməyə vadar edir: vəzifəli şəxsin, məmurun vəzifəyə gətirilməsi təyinatı şəffaf, rüşvətsiz və minnətsiz olmalıdır. Qoy məsuliyyəti işi və əməli olsun. Rüşvətlə təyin olunanlar, özündən böyüklərə “pay” verənlər vətəndaşları düşünə bilməz. Birinci, onlar xərclədiyi pulu çıxarmaq və “böyük” dediyi adamın aylıq, illik “haqq”ını vermək haqqında düşünməli olur.

Prezidentin sahibkarların zorla abadlıq işlərinə cəlb edilməsini vurğulamasını və bunun yolverilməz olmasını deməsini də çox müsbət qarşıladım. Elə şərait yaratmaq olar ki, sahibkar özü könüllü olaraq iş yerləri yaratsın, sosial məsuliyyət hiss etsin və kasıblara da yardım etsin!

Related Articles

Back to top button