Interviews

Bu gün Brayzanın məsələsinə yenidən baxılacaq

image

Elxan Poluxov: «Diplomatın Azərbaycanın əleyhinə çıxmasıyla bağlı rəsmi məlumat yoxdur»

Razi Nurullayev: «Brayza çətin durumdadır»

Bu gün ABŞ Konqresinin xarici əlaqələr komitəsi Metyu Brayzanın Azərbaycana səfir göndərilməsi məsələsi müzakirə olunacaq. Xatırladaq ki, Brayzanın Azərbaycana səfir göndərilməsi məsələsi məhz ABŞ-dakı ermənipərəst qüvvələrin səyi nəticəsində avqustun 4-də sözügedən komitənin müzakirələrindən keçməyib.
Belə bir ərəfədə Brayzanın Azərbaycan əleyhinə danışdığı barədə açıqlama yayılıb. Daşnakların Amerikadakı təşkilatı Ay Datın Vaşinqton ofisinin rəhbəri Aram Hampryan Birləşmiş Ştatlarda nəşr edilən erməni qəzetlərinə açıqlamasında bildirib ki, Brayza senator Bokserə göndərdiyi cavabda Naxçıvanın Culfa rayonunda “qədim erməni qəbirlərinin dağıdılmasına görə Azərbaycanın məsuliyyət daşıdığını” bildirib. Məlum olub ki, diplomat avqustun 4-də onun namizədliyini əngəlləyən senator Barbara Bokserin suallarına göndərdiyi yazılı cavablarda Azərbaycana qarşı mövqe nümayiş etdirib.
XİN-in mətbuat katibi Elxan Poluxov «Üç nöqtə»yə açıqlamasında Azərbaycan tərəfində bu açıqlamanın rəsmi təsdiqinin olmaması səbəbindən məsələyə münasibət bildirmək istəmədiyini deyib.
Politoloq Razi Nurullayev isə hesab edir ki, Brayzanın Azərbaycana qarşı çıxış etməsi inandırıcı deyil: «ABŞ-dakı erməni lobbisi bütün vasitələrdən istifadə etməklə bu təyinatın qarşısını almağa çalışırlar. Bu da növbəti belə vasitə ola bilər. Nə dərəcədə məntiqə uyğundur ki, Azərbaycana səfir göndəriləcək şəxsdən tamamilə Azərbaycanın əleyhinə olan açıqılamalar tələb olunur?» Politoloq hesab edir ki, Brayzanın ortaq mövqedən çıxış etməsi anlavşılandır: «Yəni Azərbaycan tərəfi də ondan tamamilə ermənipərət mövqeyi gözləmir və biz anlayırıq ki, səfir bitərəf, neytral və ədalətli mövqe tutmalıdır. Ermənilərsə bu məsələdə də şovinist mövqedən çıxış edirlər». R.Nurullyaev hesab edir ki, Brayzanın vəziyyəti siyasi mənada çətindir: «Əgər söhbət hansısa bir ölkəyə səfir təyin olmaqdan gedirsə, həmin ölkənin əleyhinə mövqe nümayiş etdirmək əlbəttə ki, qəbuolunan deyil. Brayza bu tələbləri anladığı üçün bitərəf mövqe nümayiş etdirir. Belə olan halda isə ermənilər hay-küy salır. Və görünür Brayza Ağ Evin də dəstəyinə malik olmadığı üçün ermənilərin qarşısında necə deyərlər, aciz qalıb». Bununla belə R.Nurullyaev ümid etdiyini bildirir ki, Brayza bu dəfə komitədə razılıq alacaq: «Çünki ABŞ da başa düşür ki, Azərbaycana səfir göndərmək lazımdır. Əks təqdirdə bu, Amerikanın bölgədəki strateji mövqelərinin daha da zəifləməsinə götirib çıxara bilər».

http://ucnoqta.az/siyaset/19060.html
Hüseyn

Related Articles

Back to top button