Interviews

AXCP bu qurultayda qarşısına qoyduğu məqsədi tamamilə yerinə yetirdi

Yola saldığımız həftə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) V (VIII) qurultayını keçirdi. Qurultayda bir sıra digər mühüm qərarlarla yanaşı Müsavat Partiyası ilə birləşmək haqqında qərar qəbul edilib. “Təbriz” kinoteatrında baş tutan qurultayda AXCP sədri Əli Kərimli yenidən partiyanın sədri postuna seçilib. Son qurultayla AXCP qarşısına qoyduğu məqsədlərinə nə dərəcədə nail oldu. AXCP sədrinin beynəlxalq məsələləri üzrə müavini Razi Nurullayev sualı cavablandırarkən “Deyerler.org”-a bildirmişdir: “AXCP bu qurultayda qarşısına qoyduğu məqsədi tamamilə yerinə yetirdi.
İlk olaraq məsələ bundan ibarətdir ki, AXCP-nın müəyyən mənada zəiflədiyini gündəmə gətirən insanlar var idi. İqtidar müəyyən mənada çatdırmağa çalışırdı kı, AXCP-nın rayon şöbələri baxılıb, AXCP gündəmdə olmayan bir partiyadır, zəifdir. Amma 600 nəfər nümayəndəni bir yerə toplayaraq, 80 rayon təşkilatından 75 rayon təşkilatının iştirakı ilə keçirilən möhtəşəm qurultay bunun əksini sübut etdi. AXCP sübut etdi ki, bu gün Azəribaycanda ən güclü müxalifət partiyalarından biridir. Yəni Azərbaycanda real Müsavat Partiyası və AXCP var.
Bu gündəmdən çıxış edərək AXCP qarşısına ikinci bir məqsəd qoymuşdur. Qeyd-şərtsiz Müsavat Partiyası ilə bir partiyada birləşmək. Bununla bağlı AXCP-nin qurultayında iştirak edən nümayəndələr qeyd-şərtsiz “Müsavat”la birləşmək haqqında qərar layihəsini qəbul etdi. Biz artıq gözləyirik ki, seçkilərdən sonra Müsavat Partiyası da analoji olaraq bir sənəd qəbul etsin. Qurultayda iştirak edən insanlar səlahiyyətlərini saxlamaqla bu birləşdirici qurultayda iştirak etsinlər və partiyalar birləşsin. Bundan əlavə, partiya 4 qətnamə qəbul etdi. Sosial-iqtisadi məsələlər, insan hüquq və azadlıqları, Dağlıq Qarabağ, həbsdə olan jurnalıstlərlə bağlı, eyni zamanda siyasi məhbuslarla bağlı qətnamələr qəbul etdi. Bunlar artıq mətbuatda dərc olunub”.

Birləşdirici qurultayın keçirilməsi ilə bağlı konkret addımlarla bağlı isə sədr müavini bildirmişdir: “Hal-hazırda hər iki partiya bir blokda olduğundan seçki məsələləri ilə bağlı məşğul olur. Ona görə də hal-hazırda sırf olaraq birləşdirici qurultayla məşqul olmağa vaxt və məkan yoxdur. Buna görə də seçkilər qurtardıqdan dərhal sonra demək hər iki partiya birləşmək haqqında artıq konkret danışıqlara başlayacaq. Biz ümid edirik ki, heç bir reaksiyalara yol vermədən konkret vaxtda tez bir surətdə partiyaların birləşməsi baş verəcəkdir”.

Qeyd edək ki, qurultayın qərarına əsasən AXCP-nin Müsavat Partiyası ilə birləşməsi qurultayında iştirak səlahiyyəti partiyanın V (VIII) qurultayının nümayəndələrinə verilib.
/Deyerler.org/

Related Articles

Back to top button