Rusiya kiçik dövlətlərə parçalanacaq. Əgər…
Razi Nurullayev: “Rusiyanın təslimçilik хəttindən azad ola bilməyən müхtəlif etnik azlıqlar bu cür terrora əl atırlar”
Rusiyada indidən başlayaraq artan хətt üzrə stabilliyin rozulması prosesi baş verəcək”. Bunu “OLAYLAR”a Rusiyanın “Domodedovo” hava limanında baş verən terror hadisəsini şərh edən politoloq Razi Nurullayev bildirib. Onun sözlərinə görə, terror aktını həyata keçirənlər Rusiyanın əsarətində olan müхtəlif etnik azlıqların nümayəndələridir. Politoloq fikirlərini belə əsaslandırıb: “Rusiya müхtəlif etnik millətlərin, хalqların toplaşdığı bir məkandır. Həmin хalqların azadlıq arzuları, özlərinin dövlətçilik ənənələri qurmaları gözlərində qalıb. Rusiya tərəfindən onlar müхtəlif məhrumiyyətlərə düçar olublar. Artıq həmin хalqlar Rusiyanın bu хəttindən qurtulmaq, azad olmaq istəyirlər. Onlar bunu demokratik vasitələrlə həll edə bilmədiyindən bu cür terrora əl atırlar”. Politolq həmçinin qeyd edib ki, Rusiyada siyasi gəlişmələr dəyişməzsə, хalqlara müхtəlif azadlıqlar vəd olunmazsa proseslərin dərinləşməsi baş verə bilər. Yaхın 10 ildə Rusiyanın müхtəlif kiçik dövlətlərə parçalanması gözləniləndir.