Articles

Yəmən prezidenti də hakimiyyətdən gedəcəyi tarixi açıqladı

Yəmənin prezidenti Əli Abdullah Saleh prezidentlik dövrünü artırmayacağını və 2013-cü ildə gedəcəyini açıqlayıb. Əli Abdullah Saleh də 30 ildən çoxdur ki, Yəmənə prezidentlik edir.Yəmən parlamentinin fövqaladə toplantısında bu bəyanatı verən Yəmən prezidenti geri çəkilməklə bağlı planlarını da bölüşüb.

O vəd verib ki, hakimiyyəti oğluna da ötürməyəcək. Qeyd edək ki, Əli Saleh 1978-ci ildə Şimali Yəmənin prezidenti seçilib.

Onu da qeyd edək ki, Yəməndə əhalinin sayı durmadan artır və bu artımın fonunda isə işsizlik 40%-dir. Ərzaqın qiymətləri artmaqda davam edir və günü-gündən ac qalanların sayı artır.

Belə bir vəziyyətdə o yenə də 2013-cü ildə gedəcəyini deyir. Amma, Misir və Tunisdən ruhlanan Yəmən xalqının nə düşündüyünü isə yaxın zamanlarda müşahidə edəcəyik.

Related Articles

Back to top button