Interviews

Azərbaycanın Yol Xəritəsi – Köklü İslahatlar

Azərbaycanda siyasi hadisələr sürətlənib. Ölkədə müxalifət ilə iqtidar arasında siyasi mübarizə kəskinləşməkdədir. VƏTƏNDAŞ CƏMİYYƏTİ DƏ BU SAHƏDƏ CİDDİ ADDIMLAR ATMALI VƏ MÖVQEYİNİ AÇIQLAMALIDIR. BİZ SİYASƏTÇİ OLMAQLA YANAŞI HƏM DƏ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİYİK. Vətəndaş cəmiyyəti üzvlərinin mövqeyi necə olmalıdır?

Bilirsiniz ki, müxalifətə qarşı bütün inzibati üsullardan istifadə olunur. Müxalifət olaraq, köklü dəyişikliklər istəyirik və gözləyirik ki, prezident İlham Əliyev və komandası dəyişikliklər paketini təqdim etsinlər. Köklü dəyişikliklərin aparılması üçün dialoqa başlamaq da olar. Amma, gərək dialoqu da iqtidar təklif etsin. İqtidar yetgililəri isə müxalifəti hələ də təhqir etməkdə davam edirlər. Bu etiraz dalğalarını aqressiyaya çevirə bilər. Məsələn, Əli Kərimlinin evinin qabağında öyrədilmiş bir qrup gəncin təşkil etdiyi aksiya hansı mənəvi məntiqə sığa bilər? Sabah da Əli Kərimli tərəfdarları da analoji addım atsınlarmı? Bunun günahı, o aksiyanı təşkil edənlərin üzərində qalacaq. Amma, əminəm ki, AXCP olaraq biz belə bir məntiqsiz və aqressiya yaradacaq addıma yol vermərik. Biz şəxslərlə yox, siyasi sistemlə mübarizə aparırıq. Hədəfimiz fərdlər yox, qurulmuş siyasi sistemin fundamentini yenidən tökməkdir.

Qoy hamı fikirləşsin! Amma, fikirləşən zaman 9 milyonluq xalqın da arzu və təkliflərini nəzərə alsın. Hakimiyyət xalqındır. Bunu konstitutsiyamız deyir. VƏTƏNDAŞ CƏMİYYƏTİ DƏ MÖVQEYİNİ AÇIQLASIN. Özümə qaldıqda, siyasətçi olaraq mövqeyim aydındır. Vətəndaş cəmiyyəti olaraq da mövqeyimi açıqlayıram: İqtidar köklü dəyişikliklər paketini təqdim etməli və bu cəmiyyətdə barışa doğru bir addım olmalıdır. Ölkənin gələcəyinin nikbinliyi, insanların səfası və böyük izdihamlı mitinqlərin dayandırılmasının qayəsində mütərəqqi islahatlar paketi dayanır. Müxalifətin də iştirakı təmin olunmaqla (daha doğrusu. İctimai Palatanın) həmin paket müzakirə olunmalı və qəbul edilməlidir. Bu xalq üçün və Azərbaycanın gələcəyinə inamın bərpa olunmasına yönəlik addım olar.

Related Articles

Back to top button