English

Respublikaçilarin Bakidan gedişi ABŞ-in dövlet siyaseti deyil

5 November, 2009

clip_image001Razi Nurullayev: “ABŞ Azerbaycanda daha ilginc ve maraqli bir iş görmek isteyir”

Arif Hacili: “Bunun Azerbaycan-Amerika münasibetlerine heç bir aidiyyeti yoxdur”

İki gün evvel Amerikanin Beynelxalq Respublikaçilar İnstitutu (İRİ) Bakidaki fealiyyetini dayandirdiğini elan edib. Teşkilat nümayendeleri gedişin sebebini maliyye çatişmazliği ile izah edib. Onu da qeyd edek ki, bu tip layiheler ABŞ-in Beynelxalq İnkişaf Agentliyinin (USAİD) maliyye desteyi ile heyata keçirilir. Respublikaçilar İnstitututun fealiyyetinin dayandirilmasinin siyasi sebeble bağli ola bileceyi fikirleri de seslenir. Bes eslinde bu gedişin sebebi nedir? Bunu Amerikanin dövlet siyasetinin terkib hissesi kimi qebul etmek olarmi ve İRİ-nin gedişi Azerbaycandaki demokratik proseslere ne kimi tesir göstere bler?

AXCP sedrinin müavini Razi Nurullayevin fikrince, bele bir qerarin esl sebebi institutun burda fealiyyet gösteren üzvlerine de belli deyil: “Gedişin axrasinda hansi sebebin dayandiği Respublikaçilar İnstitutunun Bakida fealiyyet gösteren üzvleri ve rehberine de tam belli deyil. Elbette, esas versiya maliyye çatişmazliği ile bağlidir. Milli Demokratiya İnstitutunu Departament maliyye ile temin edib. Ancaq Respublikaçilar İnstitutu temin olunmayib. Bu, resmi versiyadir ve heqiqetdir. Amma neye göre onlarin maliyye ile temin olunmamasi maraqli meseledir”.

R.Nurullayevin sözlerine göre, ABŞ-in Azerbaycanla bağli strategiyasinin deyişme ehtimali da var: “Ola biler ki, ABŞ-in Azerbaycanla bağli strategiyasi deyişir. Amerika institutlarinin gösterdiyi fealiyyetin Azerbaycanin demokratikleşmesi prosesinde rolu o qeder de keçici deyil. Yeni onlarin fealiyyeti neticesinde ehemiyyetli derecede müsbet deyişikliler emele gelmir. Demokratiya sahesinde veziyyet günü-günden pisleşir. Görülen işin effektivsizliyi baximindan bele bir qerar verile bilerdi. Eyni zamanda ABŞ-in başqa üsullara el atmaq niyyetinde olmasi da mümkündür. Amerikanin başqa bir teşkilatinin bura gelmesi, yaxud Azerbaycanda fealiyyet gösteren teşkilatlar, siyasi partiyalarla birbaşa işin qurulmasi gündemde ola biler. Yaxin aylarda bunun arxasinda hansi sebebin dayandiği belli olacaq”. R.Nurullayevin sözlerine göre, heç bir halda ABŞ-in Azerbaycanla bağli maraği azalmir. Eksine, ABŞ Azerbaycanda daha ilginc ve maraqli iş görmek isteyir. Azerbaycanda demokratiyanin daha da ireli getmesi üçün hansisa tedbirler plani hazirlayir.

Müsavat başqaninin müavini Arif Hacili İRİ-nin Bakida fealiyyetini dayandirmasini ABŞ-in dövlet siyaseti hesab etmir: “Bu tipli teşkilatlar qrant vasitesile fealiyyet gösterirler. ABŞ sefirliyinin verdiyi melumata göre, layihe teqdim edilmemesi sebebinden onlara vesait ayrilmayib. Düşünmürem ki, bu, ABŞ-in dövlet siyasetidir. Ancaq her halda Respublikaçilar İnstitutunun Azerbaycanda fealliyyet göstermesi yaxşi olardi. Bundan sonraki dövr üçün layiheleri olarsa ve bu institut Azerbaycanda fealiyyetini davam etdirerse, bu, ölkemizin maraqlarina uyğun olar. Ancaq bunun Azerbaycan-Amerika münasibetlerine heç bir aidiyyeti yoxdur”.

Fizze

http://azadliq.az/?p=36329

Related Articles

Check Also
Close
Back to top button