İlham Əliyev Sarkisyanla bir masa arxasında oturmaq istəmir
“Bu cür görüşlərin keçirilməyi Ermənistan və Azərbaycan arasında isti münasibətlərin yaradılmasına xidmət edir”.
R. Nurullayev daha sonra qeyd edib ki, məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, bu tip görüşlər müəyyən mənada protokol qaydaları kimi nəzərdən keçiriləcək. Lakin münaqişənin həllinə heç bir halda köməklik göstərə bilməz. Həm Azərbaycan, həm də Ermənistan tərəfindən fəaliyyət göstərən icmalar Dağlıq Qarabağla bağlı birbaşa diplomatik gedişlərin aparılmağına xidmət edən qurumlardır. Bu icmalar beynəlxalq təşkilatların qarşısında ermənilərin yalanlarını, azərbaycanlıların isə həqiqətləri çatdırmağa xidmət edir. Onlar qərar qəbul etmək iqtidarında deyillər. Elə buna görə də ortada siyasi qərar olmalıdır. Bu siyasi qərarı da ölkə başçıları qəbul etməlidir. Bu səbəbdən də belə görüşlərdən heç nə gözləmirəm. Hətta ola bilər ki, gələcəkdə icmalar arasında söz atışması ilə də nəticələnsin”.
İcmaların birbaşa danışıqlara qoşulmağı ilə bağlı suala cavab verən R.Nurullayev hesab edir ki, icmaların görüşlərə cəlb olunmağı vəziyyəti daha da gərginləşdirə bilər. O deyib ki, Azərbaycan tərəfindən Dağlıq Qarabağın erməni icmasına danışıqlarda iştirak etməyə icazə verilməsi birbaşa Dağlıq Qarabağın itirilməsi deməkdir. “Yəni Azərbaycanın de-fakto öz ərazisində olan separatçı qurumu tanımağı kimi qələmə veriləcək. Bu səbəbdən də hesab etmirəm ki, Azərbaycan Ermənistanın Dağlıq Qarabağ icmasının danışıqlarda iştirakına razılıq verə, yaxud buna şərait yarada bilər. Əgər belə bir addm atılarsa, Azərbaycan müxalifəti buna göz yummayacaq. Hər iki icmanın öz aralarında görüşüb hansısa məsələləri müzakirə etməsində isə heç bir sakınca yoxdur”.
O daha sonra deyib ki, “Azərbaycanın müxalifət qüvvələri Dağlıq Qarabağ münaqişəsinin gedişindən narahatdırlar və indiki status-kvonun heç də ölkəmizin lehinə işləmədiyini düşünürlər. Münaqişə uzandıqca, problemin həlli daha da çətinləşir. Səbəb isə Azərbaycan xarici siyasətinin münaqişənin həlli ilə bağlı birtərəfli və davamlı işlər aparmamasıdır. Azərbaycan iqtidarı ciddi şəkildə düşünməlidir ki, güclərin bir neçə istiqamətə səpələnməsi effektsiz addımdır. Münaqişə BMT çərçivəsinə çıxarılacaqsa, o zaman Azərbaycan ATƏT-in Minsk Qrupu ilə münasibətlərinə tam aydınlıq gətirməlidir. Əks halda, hər iki tərəfdə mövqelərimiz zəifləyəcək”.