Interviews

«Həmsədrlər yeni variantla çıxış edə bilərlər»

09/03/2010

Razi Nurullayev: «Fransa Ermənistanı Türkiyəyə qarşı təlimatlandıracaq»

Razi Nurullayev

Dünən Ermənistan prezidenti Serj Sarqsyanın Fransaya 3 günlük səfəri başlayıb. Martın 11-dək davam edəcək səfər zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri əsas müzakirə mövzularından olacaq.
Nəzərə alsaq ki, Sarqsyanın Parisə səfərindən bir gün öncə Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Larov və Edvard Nalbandyan Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər, ortaya bəzi suallar çıxır. Həmin suallara aydınlıq gətirmək üçün politoloq Razi Nurullayevə müraciət etmişik:

– Bir müddət öncə Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsiylə bağlı bəzi bəyanatlar səsləndirmişdilər. Bunun ardınca Ermənistanın iki yetkilsinin birinin Rusiyaya, birinin isə Parisə yollanması necə şərh oluna bilər?

– Bəli, Fransa və Rusiya prezidentləri arasındakı görüş zamanı onlar münaqişənin həllinə kömək etmək üçün birgə səylər göstərəcəkləriylə bağlı fikirlər səsləndirmişdilər. Mən hesab edirəm ki, Sarqsyanın görüşü məhz bununla bağlıdır. Ola bilsin ki, həmsədr ölkələr yeni bir variantlar və yaxud hər hansı bir bəyanatla çıxış etsinlər. Fransa və şəxsən Nikolas Sarkozi Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik göstərmək istəyir. Burada söz yox ki, onun maraqları var. Bu maraqlar Türkiyə ilə Fransanın arasında olan münasibətlərə dayanır. Məlumdur ki, Türkiyə ilə və Türkiyənin dövlət rəhbərləri ilə Nikolas Sarkozi arasında münaqişələr mövcuddur. Fransa Türkiyənin Avropa Birliyinə qəbul olunmasına birbaşa maneçilik törədən ölkədir.

– Sarkozinin Azərbaycana səfəri də gündəmdədir. Ümumiyyətlə, o son vaxtlar Azərbaycanla ciddi maraqlanır və problemlərinə ciddi yanaşdığını nümayiş etdirir…

– Bu, Sarkozinin müsəlman dünyasına, müsəlman ölkəsi olan Türkiyəyə mənfi münasibətini ört-basdır etmək üçündür. Məhz Türkiyəylə olan münasibətləri əsas yaradacaq ki, Nikola Sarkozi Azərbaycanla daha yaxından tanış olsun. Mən hesab edirəm ki, bu bir yandan Azərbaycan üçün əlverişlidir. Digər tərəfdən isə Türkiyə ilə münasibətləri nəzərə alaraq Azərbaycan üçün Fransadan gələn təklifləri qiymətdjəndirmək çətin olacaq.

– Nalbandyanın Rusiyada Lavrovla görüşü nə vəd edir?

– Əsas məqamlar yəqin ki, Rusiya və Fransa prezidentləri arasında danışılıb. Yəni, hansı motivlər ola bilər, hansı addımlar həmin dövlətlər tərəfindən təklif edilə bilər… Bu səfərlər isə həmin addımları münaqişənin birbaşa iştirakçısı və səbəbkarı olan Ermənistanla razılaşdırmaq üçündür. Digər tərəfdən Ermənistan Rusiyadan Türkiyəyə qarşı sərt mövqe nümayişi istəyir. Amma Rusiya iqtisadi geriləmələrə məruz qalmış bir ölkə kimi hal-hazırda Türkiyəyə qarşı bu cür addımlar ata bilməz.

– Bu səfərlər zamanı Ermənistanın Türkiyəyə qarşı təlimatlandırılması versiyasına necə baxırsınız?

– Rusiyayla bağlı bunu birmənalı demək mümkün deyil. Amma Fransayla bağlı bu heç cür istisna oluna bilməz. Fransada bu mütləq baş verəcək. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllindən çox, Ermənistanla Türkiyə arasında imzalanan protokolların ratifikasiyası məsələsi güundəmidədir. Ermənistan Dağlıq Qarabağın bu protokollara bağlanmamasını istəyir. Rusiya da, Fransa da bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin protokollarla  bağlanmasını istəmirlər. Amma bu yaxınlarda Rusiyanın bir jurnalında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun bir məqaləsi dərc olunmuşdu. Orada Davudoğlu Türkiyənin xarici siyasətinin beş prinsipini, eyni zamanda Rusiya ilə hansı məsələlərdə əməkdaşlıq edəcəyini açıqlamışdı. Orda Davudoğlu aydın söyləyib ki, Türkiyə Ermənistanla imzalanmışq protokolları tezliklə ratifikaysia edə bilər. Lakin bununçün Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı bəzi öhtəliklər götürməlidir. Bu, Türkiyənin Rusiyaya təkrar mesajı idi. Rusiya isə yuxarıda qeyd etdiyimiz səbəblərdən Türkiyəylə münasibətlərə xələl gətirmək istəymir. Ona görə də Rusiyanın Ermənistanı masa arxasına oturtmağa çalışması bir qədər inandırıcı görünə bilər. Sarqsyanın səfərdən qayıdandan sonra verdiyi bəyanatlardan bilinəcək ki, hansı məsləhətləşmələr aparılıb. Sarqsyanın mövqeyi yuşalaşacaq, yoxsa sərtləşəcək: onun mövqeyini sərtləşməsi Dağlıq Qarabağ məsələsiylə bağlı olsa belə, bu yenə də protokollarla bağlı sərtləşmə demək olacaq. Çünki  bu məsələlər bir-biriylə birmənalı bağlıdır.

Hüseyn Alyarlı

http://ucnoqta.az/siyaset/10944.html

Related Articles

Back to top button