Archive for the ‘Açıqlamalar’ Category

Şəhid olan Çingizin nəşinin Ermənistan tərəfindən qaytarılmaması cinayətdir

Posted by on 26 January, 2017
This post was filed in Açıqlamalar and has no comments yet

Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyiti hələ də erməni qəsbkarları tərəfindən girov saxlanılır. Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT, ATƏT, sonuncunun Minsk Qrupu, Minsk Qrupu həmsədrlərinin təmsil etdikləri ölkələrin – ABŞ, Fransa və Rusiyanın siyasi rəhbərliyinin bəzilərinin tam səssizliyi, bəzilərinin isə sadəcə ağzını sürüyə-sürüyə mızıldanması doğurdan da dəhşətdir. Bu barədə yazmışdım və mətnlə bu keçiddə […]

Read the rest of this entry >>

Qərbdən gözlənən dəstək üzərində qurulan siyasət və qırılan ümidlər

Posted by on 21 November, 2016
This post was filed in Açıqlamalar, Analizlər, Razi Nurullayev and has no comments yet

Azərbaycan siyasətində müxalifətin zəifləməsinə və xalqdan kənar düşməsinə səbəb olan faktlar nədir? Niyə toparlana və güclənə bilmirik? Xalq niyə on minlərlə toplaşaraq mitinq sifarişi vermir? Bundan da ağır və bundan da çətin gün, yaxud müxalifət üçün əlverişli şərait olacaqmı? Əgər belə bir əlverişli siyasi şəraitdə belə biz toparlana bilmiriksə, müxalifət içində çürümə gedir və bu […]

Read the rest of this entry >>

Banklar cəngəllik qanunları ilə idarə olunub və olunur

Posted by on 22 February, 2016
This post was filed in Açıqlamalar and has 1 comment so far

Azərbaycanda bank sistemi hər zaman bərbad olub. Belə demək olar ki, cəngəllik qanunları ilə idarə olunub. Bir çox bank filialları bankın öz vəsaitləri və ya səhmdarların vəsaitləri ilə yox, pulu olan fərdi adamlarlarla anlaşma şəraitində yaradılıb. O şəxslər də bankları istədikləri kimi – cəngəllik qanunları ilə idarə ediblər. Ümumiyyətlə, demək olar ki, bank sistemi Azərbaycan […]

Read the rest of this entry >>

Müxalifətdə kimin 1-ci, 2-ci, kimin həqiqi, yalan olması və natamamlıq kompleksi

Posted by on 8 February, 2016
This post was filed in Açıqlamalar and has no comments yet

Müxalifətçilik inhisara alına bilməz. Müxalifətçilik etməyin düsturu və meyarları da qanunla müəyyən edilmir. Hər kəsin, hər təşkilatın fərqli yanaşmasının olması mümkündür. Bir təşkilat mitinqin tərəfdarı, o biri əleyhdarı olursa, sonuncunu satqın elan etmək savadsızlıq və səbatsızlıqdır. Bir neçə partiyanın da “anti-böhran koalisiya”sı yaratmasında da problemli və gülməli bir şey görmürəm. Əslində, təşkilatların təmərküzləşməsi, inteqrasiya etməsi, […]

Read the rest of this entry >>

Tagged with: ,

Türkmən problemi Türkiyə üçün namus və şərəf məsələsidir

Posted by on 1 August, 2015
This post was filed in Açıqlamalar, Köşə and has no comments yet

Türkiyədə baş verən hadisələrin Azərbaycanın da gələcəyinə ciddi təsiri ola bilər. Türkiyə nə qədər güclü olsa və qlobal bid dövlətə çevrilsə, Azərbaycan da bir qədər güclü olar. Üç ildən çoxdur ki, Qərb Türkiyəni münaqişənin düz ortasına atmaq istəyirdi. Ədalət namizə demək lazımdır ki, Türkiyə üzərinə götürdüyü qonşularla “0” münaqişə strategiyasına əməl etməyə xeyli səy göstərirdi. […]

Read the rest of this entry >>

Qohumluqdan imtina etmə və ya çıxarma, ya da siyasət və tənqiddən imtina

Posted by on 1 August, 2015
This post was filed in Açıqlamalar, Çıxışlar and has no comments yet

Hakimiyyət son zamanların ən sərt siyasətini reallaşdırmağa başlayıb. 2014-ün əvvəllərindən başlayan sərt siyasət və aqressiv hərəkətlər onlarla siyasi məhbusun dörd divar arasına düşməsinə səbəb oldu. Arada bir az fasilə verən rejim yenidən repressiyalara başlayıb. Məsələnin maraqlı tərəfi odur ki, hakimiyyət opponentlərinə təzyiq üçün onların günahsız qohumlarını hədəfə alır. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin yaxın […]

Read the rest of this entry >>

Altı rayonun azad olunması danışıqlar masasındadır

Posted by on 27 May, 2015
This post was filed in Açıqlamalar, Analizlər, Köşə and has no comments yet

Avropa İttifaqının Azərbaycandan, Azərbaycanın isə Avropa İttifaqından (Aİ) ciddi gözləntiləri olsa da, bu gözləntilər özünü doğrultmadı. Nəticədə Azərbaycan Aİ-yə sıx inteqrasiyadan vaz keçməli oldu və bu da özünün Aİ Şərq Tərəfdaşlığına üzv ölkələrin Riqa sammitində özünü açıq biruzə verdi. Çünki Aİ-nin Azərbaycanın tələblərinə cavab vermək iqtidarı yoxdur. Aİ-nin də öz növbəsində Azərbaycandan gözləntiləri var və […]

Read the rest of this entry >>

CHP ideoloji mübarizədən kənara çıxıb

Posted by on 27 May, 2015
This post was filed in Açıqlamalar, Analizlər and has no comments yet

Türkiyədə 7 iyunda keçiriləcək Parlament seçkisinə dair fikirlərim. Təkcə CHP sədri yox, digər partiya rəhbərləri də çıxışlarında və kütləni ələ almaqda Ərdoğandan kifayət qədər geri qalırlar. Amma baş nazir Əhməd Davudoğlu ilə müqayisədə CHP lideri Kamal Kılıçdaroğlu daha güclü və məntiqli görünür. Fikrimcə, Kılıçdaroğlu baş nazirdən daha pafoslu danışır. Əvvəlki seçkilərdə AKP ilə CHP arasında […]

Read the rest of this entry >>

Yeni politoloq Əhəd Məmmədli, yeni insanlara yol açaq!

Posted by on 24 April, 2015
This post was filed in Açıqlamalar, Çıxışlar and has no comments yet

Yeni insanları, yeni təşəkkürləri, yeni yanaşmaları qısqanclıq etmədən təbliğ etmək lazımdır. Cəmiyyət inkişaf edirsə, hər günümüz yeni sabahla əvəzlənirsə, yeni simalar da ortaya çıxmalıdır. Yeni politoloqlar, yeni siyasətçilər, yeni iqtisadçılar, yeni rejissor və fotoqraflar, yəni bütün sahələr üzrə yeni simalara ehtiyac var. Jurnalistlər və televiziyalar şikayət edir ki, yeni politoloq, yeni iqtisadçı və yeni təfəkkürlər […]

Read the rest of this entry >>

Ərəb sərmayəsi və Azərbaycan

Posted by on 13 April, 2015
This post was filed in Açıqlamalar, Analizlər, Köşə and has no comments yet

Azərbaycanın ərəb dünyası ilə yaxından və dərindən münasibət qurmasına müsbət yanaşıram. Zənnimcə, ölkəmiz mübasibətləri strateji səviyyəyə çatdırmağı çoxdan etməli idi. Çünki, Ərəb dünyasından böyük sərmayələr imkanı mövcuddur.  Xüsusən də Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Kuveyt ilə daha dərin münasibətlərin yaranmasına ehtyac var. Son aylar dünya bazarında neftin qiymətinin aşağı düşməsi, ölkəmizdə investisiyaların azalması və […]

Read the rest of this entry >>