Ukrayna fedaritivləşsə Şimal təhlükəsi daha da artacaq

Posted by on 27 April, 2014
This post was filed in Açıqlamalar, Analizlər, Köşə and has no comments yet

0
eastern_partnership-summit-in-pragueKrımın Rusiyaya birləşdirilməsindən sonra, bir sıra ekspertlər növbəti qurbanların Moldova və Azərbaycan olacağını güman edirlər. Çünki, hər iki Respublikada separatçı rejimlər var. Hətta, Rusiyanın Azərbaycan qarşısında şərt qoyacağı da vurğulanır. Şərt isə ondan ibarət ola bilər ki, Azərbaycan ya Gömrük İttifaqını, ya da Qarabağı seçsin.

Əslində, bu mülahizələr əsassız da deyil. Rusiyanın Azərbaycan qarşısında belə bir şərt qoyub-qoymayacağı Ukrayna hadisələrinin sonluğundan asılıdır. Hazırda Rusiya ilə Azərbaycan arasında elə də ciddi problemlər yoxdur. Azərbaycan iqtidarı Rusiya ilə çox ehtiyatlı davranır.

Bununla bərabər, Azərbaycan Avropa Birliyi çərçivəsində Şərq Tərəfdaşlığı proqramında da fəal üzv deyil. Görüləsi çox işlər var və Azərbaycan dövlət başçısı da hələ keçən ilin dekabrında Avropa Birliyi ilə assosiasiya sazişini imzalamayacağını söyləmişdi. Lakin, bu o demək deyil ki, Azərbaycan birbaşa Avropa Birliyinə qarşı çıxacaq və əməkdaşlıqdan imtina edəcək. Əslində, əməkdaşlıq var və Azərbaycan sonunda Avropa standartlarına uymağa vadar olacaq.

Haşiyə çıxaraq demək istərdim ki, əslində, prezidentin səsləndirdiyi bu fikir də ikibaşlı idi. Çünki, İlham Əliyev assosiasiya sazişindən də üstün olan strateji əməkdaşlıq variantının müzakirə oluna biləcəyini demişdi.

Burada ikili məna var:

Birinci məna ondan ibarətdir ki, heç bir təzyiq və hədələrə baxmayaraq Avropa Birliyi ilə yaxınlaşma və tam əməkdaşlıq davam edəcək. İkinci məna və assosiasiya sazişindən fərli məğz isə daha maraqlıdır. Bu o anlama gələ bilər ki, strateji əməkdaşlıq zamanı bərabər hüquqlu tərəflər kimi çıxış ediləcək və AB Azərbaycandan demokratiya və insan hüquqları sahəsində, liberal iqtisadiyyat və azad ticarət barədə hesab sora bilməyəcək.

Fikrilərimin mahiyyətinə dönərək Azərabycan-NATO əlaqələrinə də toxunmaq istəyirəm. Çünki, Azərbaycanın NATO-ya üzv olması barədə də fikirlər səsləndirilir. Demək istəyirəm ki, Azərbaycan NATO-ya daxil olmaq üçün hazır dövlət deyil. NATO standartları çox yüksəkdir və hələ ki, bizim hərbi standartlarımız uyğun deyil. Bunu Rusiya da bilir və təbii ki, bu sarıdan müəyyən arxayınçılığı var.

Azərbaycan üçün Şimal təhlükəsi isə qalmaqda davam edir. Əgər Rusiya Ukraynanın şərq vilayətləri ilə bağlı planlarını yerinə yetirə bilsə və Ukrayna federativ bir dövlətə çevrilərsə, o zaman təhlükə artmış olacaq. Belə olan halda isə Rusiya digər ölkələrlə də bağlı analoji addımların atılmasına rəvac verə bilər.

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment