Statements

Razi Nurullayevdən cənub bölgəsində evlərin işarənlənməsinə – Münasibət

12.08.2012 | 10:59

Ölkə mediasında yayılan xəbərdə bildirildi ki, Cənub bölgəsində bir neçə gündür ki, naməlum şəxslər Lerik, Lənkəran, Astara, Masallı və digər bölgələrdə yaşayan Talış etnik qrupuna mənsub şəxslərin yaşadıqları evlərin divarlarına ay-ulduz şəkilləri çəkirlər. Hələlik bu işarələmənin nə məqsədlə edildiyi bilinmir.

Məlumatda o da qeyd olunur ki, son günlər İran tərəfi Cənub bölgəsində geniş təbliğat aparır, etnik qarşıdurma yaratmağa çalışır. Bu məqsədlə hazırda Hollandiyada yaşayan separatçı Əlikram Hümbətovla bir neçə dəfə görüş keçirilib. Bu məsələdə Əlikram Hümbətovdan istifadə edilməyə çalışırlar.

Məsələyə münasibət bildirən AXCP sədrinin müavini, politoloq Razi Nurullayev Xezerinfo.com-a açıqlamasında, cənub bölgəsində Talış etnik qrupuna mənsub şəxslərin yaşadıqları evlərin divarlarına ay-ulduz şəkillərinin çəkilməsini böyük siyasətin bir hissəsi kimi olduğu qənaətində olmadığı dedi.

Politoloq bunu kiçik bir qrupun etnik zəmində münaqişə yaratmaq və Cənub bölgəsində vəziyyətin dramatikləşdirilməsindən öz məqsədləri üçün istifadə etmək cəhdi kimi dəyərləndirdi: “Çox ehtimal ki, bu hadisənin baş verməsindən siyasi dividendlər qazanmaq istəyənlər var. Bunlar xaricdə yaşayan siyasi yönümlü Talışlar tərəfindən də təşkil edilə bilər. Onlar varlıqlarını saxlamaq və Cənub bölgəsində hökmləri olduğunu sübut etmək istəyirlər”.

Bu nəsələdə İran faktorunun olduğunu unutmamağı tövsiyə edən müsahibimiz qeyd etdi ki, İran Azərbaycanda bu tip hadisələrdən nüfuzunu yüksəltmək və Azərbaycanda etnik zəmində münaqişə yarada biləcəyi imkanlarını göstərməkdədir. Onun dediyinə görə, bu məsələdə İranın əli olmasının istisna ehtimalı olsa da, problemin yeni mərhələyə keçməsində maraqlı olması istisna edilə bilməz: “Böyük problemlər kiçik problemlərə etinasız yanaşmaqdan doğur. Ona görə də məsələyə ötəri yanaşmaq olmaz. Tarix boyu Talışlarla bizim aramzıda problem olmayıb. Sülh və qardaşlıq şəraitində yaşamışıq. Ümid edirəm ki, bu tip hadisələr bizim monolitliyimizə xələl gətirə bilməz”.

Related Articles

Back to top button