Yeni politoloq Əhəd Məmmədli, yeni insanlara yol açaq!

Posted by on 24 April, 2015
This post was filed in Açıqlamalar, Çıxışlar and has no comments yet

0
ehedmemmedliYeni insanları, yeni təşəkkürləri, yeni yanaşmaları qısqanclıq etmədən təbliğ etmək lazımdır. Cəmiyyət inkişaf edirsə, hər günümüz yeni sabahla əvəzlənirsə, yeni simalar da ortaya çıxmalıdır.

Yeni politoloqlar, yeni siyasətçilər, yeni iqtisadçılar, yeni rejissor və fotoqraflar, yəni bütün sahələr üzrə yeni simalara ehtiyac var. Jurnalistlər və televiziyalar şikayət edir ki, yeni politoloq, yeni iqtisadçı və yeni təfəkkürlər tapa bilmirik.

Bu gün sizə bir nəfəri Ehed Memmedli dostumuzu təqdim edirəm. O, özünü politoloq kimi sınamaqdadır və onda da çox gözəl alınır. Mən ona dəstək olacam hər zaman. Siz də ona dəstək olun. Cəmiyyətimizdə dəyişikliyə ehtiyac var. İqitdara qalsa, onlara bu sərf etmir.

Bəs bizə sərf edirmi? Yox, cəmiyyəti dəyişmək üçün yeni simalara yol açmalıyıq. Uğurlar Əhəd Məmmədli! Tanıdığım zəkalı insanları cəmiyyətə təqdim etməkdə davam edəcəm.

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment