Corner articles

Məgər o bu sistemin “nökər”i deyildimi?

Gündəmi Elşad Abdullayevlə deputat Gülər Əhmədova arasında olan rüşvət qalmaqalı zəbt edib.

Məsələnin şəxsiyyətlər ətrafında qurulması ziyanlıdır. Gülər xanım olmasın, olsun başqası. Rüşvətxorluq artıq cəmiyyət probleminə çevrilib. Rüşvətxorluq Azərbaycan cəmiyyətinin hərəkətverici qüvvəsidir. Bunun qarşısının alınması üçün YAP hakimiyyəti tərəfindən ciddi addımlar atılmır. Bir deputatı hədəfləmək, 2-3 müəllimi həbs etmək, 1-2 sosial müavinət idarələrinin rəis və işçilərini həbs etmək rüşvətxorluqla mübarizə deyil. Yaradılan siyasi sistemin kökündədir bu problem.

Sistem və idarəetmə dəyişməyincə, rüşvətxorluq aradan qalxa bilməz. Parlamentdə oturan kifayət qədər deputat var ki, qaranlıq yollarla seçilib. Bu faktı bilməyən var idimi, görəsən?

Məsələnin ikinci tərəfi cəmiyyətə əxlaq dərsi keçən, ziyalı adlandırılan, millətin qaymağı adlandırılan insanların pis və ədəbsiz nümunə göstərməsidir. Hər il 7-8 min tələbə buraxılışı edən Elşad Abdullayev o tələbələrə hansı dəyərləri öyrədirdi? O, ümumiyyətlə kim idi və haradan gəlmişdi? Ona, uzun müddət cəzasıslıq mühitində fəaliyyət göstərmək və valideynlərin cibinə girərək milyonlara sahib olmaq haqqını kim tanımışdı? Məgər o bu sistemin “nökər”i deyildimi? “Nökər”lər də “Ağa”ların üzünə ağ olur. Ağ olanda cəzası milyonları itirmək olur. Axı biz XX əsrin əvvəllərində yaşamırıq. “Axırıncı Aşırım” filmində Kərbalayi deyir ki, İman sən mənim süfrəmin artığı ilə böyümüsən…

Azərbaycanda heç kin süfrəsi yoxdur. Bu süfrə Azərbaycan xalqının süfrəsidir və orada hamı bərabərdir.

Ədalətsizlik…

Parlamentdə Universitetlərində rüşvətin tüğyan etdiyi rektorlar oturmaqdadır. Onlar görəsən, hansı yollardan istifadə edib seçiliblər?

Hökumət, dövlət başçısı bu görünən “aysberq”ə yaxın zamanlarda əncam çəkməsə, “Titanik” gəmisi kimi aysberqlə toqquşacaq. “Titanik”in taleyi isə bəllidir!

Related Articles

Back to top button