Vurulanların vəkili olmaq niyyətim yoxdur
Dövlət başçısının son tənqidi çıxışından və arxasınca bir neçə icra başçısını istefaya göndərməsi hakimiyyət daxilində də ciddi müzakirələrə səbəb olub və eyni zamanda bir çox məmurlara, deputatlara, hətta icra başçılarına əsas verib ki, onlar nəinki istefaları dəstəkləyirlər, az qala məmur ordusunun yarısının istefaya getməsini istəyirlər. Hətta, sezməyə başlayıram ki, müəyyən bir yarışma da var.
Əslində, isə istefaya gedənlər də, qalanlar da bir komandanın üzvləri olub, bir yerdə oturub-durublar. Hətta dostluq da ediblər. Bu gün isə vurulanları əzməyə, və digər istefaya göndərilə bilənləri əzməyə hazırdırlar. Əlbəttə, mən vurulanların vəkili olmaq niyyətim yoxdur. Niyyətim budur ki, bəs bu neçə illər ərzində niyə susurdunuz? Niyə tənqid və istefalara çağırmırdınız?