InterviewsRazi Nurullayev

YAP AXCP-Müsavat birliyindən təşvişə düşüb

Razi Nurullayev: «Qərb Azərbaycanda demokratiya istəyir, bunun təzahürlərindən biri də güclü müxalifətdir»

AXCP və Müsavatın seçki bloku yaratması ilə bağlı məsələ gündəmə gələndən sonra ölkə ictimaiyyəti haqlı olaraq bunu güc birliyi adlandırdı. Blok hələ rəsmən elan olunmasa da, hakimiyyət bundan təşvişə düşdüyünü büruzə verməyə başlayıb.
YAP-ın icra katibi Əli Əhmədov bu birliklə bağlı müzakirələri şantajla qarşılayıb. O, AXCP ilə Müsavatın məlum təşəbbüsünü Qərbdən gələn sifariş adlandırıb.

AXCP sədrinin müavini Razi Nurullayev isə bildirir ki, Qərb sadəcə olaraq Azərbaycanda demokratiyanın bərqərar olmasını istəyir. Demokratiyanın təzahürlərindən biri də güclü müxalifətdir: “Əli Əhmədovun dediklərində müəyyən qədər həqiqət, müəyyən qədər səhv var. Söhbət ondan getmir ki, Qərb Azərbaycan müxalifətinin birləşib hazırki iqtidarı hakimiyyətdən salmasını istəyir. Sadəcə olaraq Qərb Azərbaycanda demokratiyanın bərqərar olmasını istəyir. Demokratiyanın təzahürlərindən biri də güclü müxalifətdir. Hər bir demokratik dövlətdə güclü müxalifət və müxalifət blokları var. Bu baxımdan Qərb maraqlıdır ki, Azərbaycanda da güclü müxalifət olsun. Demokratiya, siyasi və fikir plüralizmi inkişaf etsin. Bu mənada Əli Əhmədovun fikrində həqiqət var. Amma bu o demək deyil ki, Qərb Azərbaycanda bunu başqa məqsədlər üçün edir”.

R.Nurullayevin sözlərinə görə, bu, Azərbaycan müxalifətinə Qərbin birbaşa göstərişi və ya təlimatı deyil: “Hesab edirik ki, müxalifət partiyası olaraq güclü olmağımız vacibdir. Qarşıda gələn seçkilərdə müxalifətin parlamentdə əksəriyyətə nail olması üçün səslərin parçalanmaması çox vacibdir. Bunu sifariş adlandırmaq və tənqid etmək yox, haqq qazandırmaq lazım idi. Hakimiyyət sevinməli və alqışlamalıdır ki, Azərbaycanda müxalifət partiyaları birləşir, bloklaşır və müxalifətin güclü birliyi yaranır”.

http://azadliq.info/aktual/2330.html

Related Articles

Back to top button