Interviews

Aynişan diplomatik hərəkət edib

Aynişan Quliyevanın bayrağımızı tərs tutması və erməni müğənni Narek Markaryanla şəkil çəkdirməsi, əlbəttə, alqışlana bilməz: Amma, bu hərəkətlər, cinayət də deyil və buna görə bizim sevimli sənətçimiz Aybəniz Haşımovanı, onun qızı gənc ifaçı Aynişan Quliyevanı bu qədər sərt tənqid etmək yolverilməzdir. Ümumiyyətlə, onlara qarşı aparılan kampaniyanı qərəzli və məntiqsizlik kimi dəyərləndirirəm. Aybəniz xanımın verdiyi açıqlama hər şeyi yoluna qoymuşdu. Bundan sonra, yenə də qanamayan yerdən qan çıxarmaq təşəbbüsü alqışlana bilməz. Aynişan xanım, yenicə addımlar atır, həyat təcrübəsi azdır və səhv etmək, bir yalnız Allaha xas olan hal deyil.

Lakin, təcrübəsiz olmağına baxmayaraq belə, o düzgün addım atıb. Dağlıq Qarabağ münaqişəsində adı cinayətkar kimi hallanmayan, sadəcə erməni müğənnisi olan Narek Markaryanla şəkil çəkdirmək qəbahət deyil. Əgər, Aynişan xanım şəkil çəkdirməkdən imtina etsəydi, bu Azərbaycana təşkilatçılar tərəfindən pis münasibətə gətirib çıxarardı. Aynişan xanımın hərəkətini siyasi və diplomatik baxımdan düzgün hesab edirəm. Çünki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli variantı üçün bütün ermənilərə təhlükəsiz yaşamaq zəmanəti verir. Maraqlıdır ki, ermənilərlə qucaqlaşan, öpüşən, biznes quran, gizlicə Ermənistana səfərlər edən, tostlar deyən yüzlərlə Azərbaycanlı olduğu halda, kimlərsə iki günahsız xanımdan günahkar və cinayətkar düzəltmək iddiasındadırlar.

Bu baxımdan, Aybəniz Haşımova və qızı Aynişan Quliyevanın hərəkətlərini ölkəmiz üçün faciə hesab etmirəm. Əksinə, onların diplomatik hərəkət etdiklərini vurğulamaq istərdim. “DALĞA” Gənclər Hərəkatına da tutduqları obyektiv mövqeyə görə təşəkkür edirəm. Aybəniz Haşımovaya və gənc ifaçı Aynişan Quliyevaya böyük yaradıcılıq uğurları arzulayıram”.

Related Articles

Back to top button