Statements

Azərbaycan əsgəri Ermənistanın qana susamış işğalçı ordusunu öz qanlarında doyuracaq

Ermənistanın prezidenti Armen Sərkisyanın, baş naziri Nikol Paşinyanın müsahibələrini, açıqlamalarını oxuyuram və mən həyatımda belə həyasız və yalançı insanlar görməmişəm. Çox həyasızlıq edirlər. Özləri 4-5 milyard dollar həcmində pulsuz silahlarla təchiz ediliblər, ölkəmizin torpaqlarını işğal edib qondarma ikinci erməni dövləti yaradıblar, “atəşkəs”i “atəş” kimi qavrayırlar, hələ bir hədə-qorxu da gəlirlər.

Bu uşaq qatili olan Nikol deyir ki, Ermənistan ərazisinə keçsəniz, bizə bomba atsanız, Kollektiv Təhülkəsizlik Müqavilə Təşkilatına deyəcəm ki, bizi müdafiə etsinlər. Amma, alçağın özü Ermənistan ərazisindən şəhərlərimizə raket atır, uşaqları, günahsız vətəndaşları öldürür. Həyasızlığın kubu budur ki, bu alçaq deyir ki, siz Dağlıq Qarabağın qondarma rejimi ilə vuruşursunuz, onlarla danışın, biz başqa dövlətik. Ay kütbeyin, sən Ermənistan ərazisini terror yuvası kimi istifadə edib, erməni əsgərlərini ora göndərirsən. Onların nə qüvvəsi var ki, olanları da ölüb, meyidlərini belə yığmırsan.

Buradan belə məna çıxır ki, Ermənistanın əsgərlərinin qabağında alovlu çıxış edib onları Qarabağa göndərən Paşinyan birbaşa Azərbaycana müharibə elan edib. Qoy hüquqşünaslar bunu araşdırsın və artıq bizim hüquqi ixtiyarımız var ki, Ermənistan ərzisində erməni əsgər və zabitlərini, hərbi infrastrukturunu məhv edək. Bunların hamısını son əsgərinə kimi məhv etmək lazımdır. Torpağımızda olan son erməni əsgəri məhv edilənə kimi silahı yerə qoymaq yox.

Bu alçaq Paşinyan deyir ki, biz sağ qalmaq üçün mübarizə aparırırq və dünya da bizi ölümdən xilas etməlidir. Ay namərd alçaq, axı sənin bizim sərhədlərimiz daxilində nə işin var? Sən artıq hərbi cinayətkarsan, dilinə güc vermə, belə ürəkli oğlansan, gəl Qarabağa və orada çıxış elə. Azərbaycan əsgəri başına elə bomba atacaq ki, heç leşini də tapmayacaqlar. cəhənnəmə vasil olacaqsan.

Sənin kimi alçaqların arxasında dayanan qüvvələr olmasa, səni İrəvanda tapıb cəzalandıra bilərik. Səni və sənin kimi hərbi cinayətkarlar olan Robert Köçəryanı, Serj Sərkisyanı, Levon ter-Petrosyanları və digər əli günahsız insanların qanına batmış hərbi cinayətkarları.

Azərbaycan əsgəri Ermənistanın qana susamış işğalçı ordusunun əsgər və zabitlərini öz qanlarında doyuracaq.

Related Articles

Back to top button